Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb - BBN

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir.

Memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap ekosisteminin böyüməsi və qarşılıqlı dəstəyi üçün daha sıx əməkdaşlıq edəcək. Məqsəd startaplar üçün bazarlara çıxış və vençur maliyyələşmə imkanlarına əlçatanlığı genişləndirməkdir. “Astana Hub” ilə müvafiq istiqamətlərdə strateji tərəfdaşlıq, bilik və təcrübə mübadiləsi həyata keçiriləcək.

Qeyd edək ki, sənəd, eyni zamanda Azərbaycan və Qazaxıstan startaplarının iştirakı üçün ortaq inkubasiya və akselerasiya proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Startaplar, innovatorlar və ekosistem üzvləri üçün mentorluq, təlim və resurslara çıxışın dəstəklənməsi də tərəflərin əməkdaşlıq çərçivəsində qarşıya qoyduğu məqsədlər arasındadır.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı