Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İnsan resursları sahəsində məlumatlandırma işləri aparılır - BBN

İnsan resursları sahəsində məlumatlandırma işləri aparılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində insan resurslarının inkişafı, kadr potensialının artırılması, ədalətli və rəqabətli əməkhaqqı sisteminin qurulması, əməkdaşların məmnuniyyətinin təmin olunması məqsədilə bir sıra layihələr və motivasiya tədbirləri davam etdirilir.

Bu çərçivədə İnsan resursları baş idarəsinin rəhbər vəzifəli şəxsləri tərəfindən bütün vergi orqanlarını əhatə edən görüşlər keçirilib, normativ sənədlərdə edilən dəyişikliklər, icra olunan müvafiq layihələr və cari proseslər haqqında şəxsi heyətin məlumatlandırılması aparılıb. Görüşlərdə həyata keçirilən “Karyera Yolu”, “Vəzifə Dərəcələndirməsi”, “Vəzifə Təlimatları” layihələri, fəaliyyətin qiymətləndirilməsi, təlim imkanları və digər insan resursları sahəsinə aid məsələlər haqqında əməkdaşlara ətraflı məlumat verilib, onların fikirləri dinlənilib və sualları cavablandırılıb.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı