“Instagram” və “Whatsapp” proqramlarının adları dəyişir

Sosial media nəhəngi “Facebook” şirkəti özünün ən çox istifadə edilən iki tətbiqetməsinin adlarını dəyişəcəyini açıqlayıb. Bu tətbiqetmələrin yeni hüquqi adları “Whatsapp from Facebook” və “Instagram from Facebook” olacaq.

“Facebook” nümayəndəsi “The Information” media şirkətində açıqlamasında bildirib ki, rebrendinqin əsas məqsədi bu brendlərin şirkətin tərkibində olduğunu açıq şəkildə göstərməkdir.

Tətbiqetmənin yeni adları hüquqi sənədlərlə yanaşı, “App Store” və “Google Play”-də də öz əksini tapacaq. Mobil telefonlardakı mövcud tətbiqetmələrin ikona və adları isə olduğu kimi qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır