“International Monetary Fund” “Ask an Economist” adlı maarifləndirici seriyaya start verib

“International Monetary Fund” (IMF) (Beynəlxalq Valyuta Fondu-BVF) “Ask an Economist” (İqtisadçıdan soruş) adlı yeni bir maarifləndirici seriyaya start verib. 

BBN.az IMF-nin rəsmi YouTube kanalına istinadən xəbər verir ki, son, yeni videosunda isə maliyyə institutu bu gün üçün yenidən gündəm olan (ABŞ və Avropa Mərkəzi Banklarının dekabrdakı faiz artımı qərarlarından sonra-red.) faiz artımı qərarının iqtisadiyyata təsirlərini araşdırıb.

“Daha aşağı faiz dərəcələri alınan borcun daha ucuz olması deməkdir və faiz dərəcələrinin aşağı və yuxarı həddini isə ölkələrin Mərkəzi Bankları təyin edir. Tənzimləyicilərin faiz dərəcələrini artırması isə tələbə çox yüksək təsir edir”, – deyə qurumun açıqlamasında deyilib. 

Qurum yeni seriyasında müzakirə edilən iqtisadi məsələlərə akademik dildən uzaq, çox sadə izah verməyə çalışır və bunu edən isə IMF-nin mütəxəssisi olur. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı