“International Monetary Fund”dan Çin ilə bağlı real göstəricilər və proqnoz – Foto

International Monetary Fund (IMF) dünyanın ikinci ən böyük iqtisadiyyatının olduğu Çin ilə bağlı real göstəriciləri və proqnozlarını açıqlayıb.

BBN.az IMF-in rəsmi saytına istinadən xəbər verir ki, IMF-dən deyilib ki, inkişaf yaxın illərdə 4%-dən aşağı enəcək və bu isə əhalinin sayında və məhsuldarlığında azalma ilə bağlı olacaq. Lakin IMF-dən əlavə edilib ki, iqtisadi islahatlar dəstəyi təmin edəcək. 

Qurumdan qeyd edilib ki, 2023-də Çin əhalisinin sayı 1.41 milyard nəfərdir, 2022-ci ildə orta istehlak inflyasiyası isə 2.0% olub, 2023-cü ildə isə vaksinasiya dərəcəsi isə 90%-dir. Əsas ixracları isə mexanizm, elektrik və elektronika alətləridir. 2021-ci ildə ölkədə real ÜDM 8.4, 2022-ci ildə 3.0% olub, 2023-cü il ilə bağlı proqnoz isə 5.2%-dir. Çində illik işsizlik dərəcəsi 2020-ci ildə 5.6%, 2021-ci ildə 5.1% olub, 2022-ci ildə isə 5.5%-dir.

Bildirək ki, IMF əlavə edib ki, Çin iqtisadiyyatı güclənsə də, yenə də islahatlara ehtiyac var. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı