Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib - BBN

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

Bakıda Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev çıxış edib.

Nazir müavini bildirib ki, işçi qrupu “Kommunal xidmətlər (internet)” indikatorunun bir sıra komponentləri əsasında təhlillər aparıb, həmin təhlillər və müvafiq təkliflər əsasında Yol Xəritəsi hazırlanıb.

Şahin Babayev qeyd edib ki, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, islahatların hazırlanması və həyata keçirilməsi prosesində onların aktiv iştirakı və rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması görüləcək kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Çıxışlarda Yol Xəritəsinin əhəmiyyəti və icrasına dair qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məlumat üçün bildirək ki, sözügedən Yol Xəritəsi 9 iyul 2024-cü il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiq edilib.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı