Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İnternet provayder və operatorları keyfiyyət göstəriciləri üzrə hesabat verəcəklər - BBN

İnternet provayder və operatorları keyfiyyət göstəriciləri üzrə hesabat verəcəklər

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssisləri tərəfindən ölkədə fəaliyyət göstərən internet provayder və operatorların nümayəndələri üçün dövri hesabatvermə üzrə ilk praktiki təlim keçirilib.

BBN.az xəbər verir ki, təlimin məqsədi internet provayder və operatorlar tərəfindən tənzimləyici quruma göndəriləcək müxtəlif növ dövri hesabatların düzgün doldurulması üzrə nəzəri və praktiki biliklərin artırılmasıdır.

15 şirkətin nümayəndələrinin iştirak etdiyi təlimdə telekommunikasiya bazarının iştirakçıları tərəfindən tənzimləyici quruma təqdim olunacaq müxtəlif növ dövri hesabatların, o cümlədən keyfiyyət göstəriciləri üzrə hesabat, maliyyə göstəriciləri üzrə hesabat, təsərrüfat göstəriciləri üzrə hesabat və sahibkarlıq və biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatların doldurulması İKTA mütəxəssisləri tərəfindən əyani şəkildə nümayiş etdirilib, izahlı təlimatlar və tövsiyələr verilib.

Bundan başqa, təlim iştirakçılarının hesabatlara daxil edilən məlumatlarda ən çox edilən xətalar ilə bağlı İKTA-ya yönləndirdikləri suallar ətraflı cavablandırılıb, müzakirə və fikir mübadiləsi aparılıb.

İKTA-nın topladığı dövri hesabatlardan telekommunikasiya sahəsində xidmət bazarlarının, eləcə də bu sahədə digər təhlillərin aparılması, xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlər görmək üçün istifadə olunacaq.

Bazar iştirakçılarından tələb olunan məlumatlara dair tələblər ölkənin Dünya Bankı Qrupunun yeni “Business Ready” (B-Ready) layihəsinin, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və s. kimi beynəlxalq reytinq cədvəllərinin qiymətləndirilməsində istifadə olunan indikatorlar əsasında formalaşdırılıb.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı