“İnvestisiya olmadan iqtisadi inkişaf olmaz”

“İnvestisiya üçün başlıca şərt müsbət əhval-ruhiyyə, uzunmüddətli müsbət gözlənti və investora verilən güzəşt və stimullardır. İnvestisiya olmadan iqtisadi inkişaf olmaz” bu sözləri iqtisadçı-ekspert, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının risk ekspertləri qrupunun rəhbəri, “AtaBank” ASC-nin Risk Menecmenti Departamentinin direktoru Elman Sadıqov “Risk” jurnalına verdiyi müsahibədə qeyd edib.

Həmçinin Elman Sadıqov bildirib ki, dünyanın ən inkişaf etmiş ölkələrində iqtisadiyyat pulun deyil , inamın üzərində qurulub. Ölkələr böhranlardan vaxtında və düzgün olaraq cəmi 2 böyük addım atmaqla maliyyə sektorunu böyük çöküşdən xilas edə bilər. Bunlardan birincisi qorunan əmanətlərin limitsiz olması, ikincisi isə bağlanan banklarda qorunan əmanətlərin əhaliyə qaytarılmasıdır. Bu 2 addım banklara inamın itməsinin qarşısını alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır