Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Quba şəhərində tədbir təşkil olunmuşdur - BBN

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Quba şəhərində tədbir təşkil olunmuşdur

Azərbaycan Respublikasının Mərkəzi Bankının, Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İnvestisiya Şirkətlərinin iştirakı ilə 15 mart 2024-cü il tarixində Quba şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunmuşdur.

 Quba şəhərində keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılmışdır. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının, ABB-İnvest investisiya şirkətinin, Unicaptal investisiya şirkətinin və Azfinance investisiya şirkətinin təqdimatları olmuşdur.

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilmişdir.

Qeyd edək ki, bu, sayca on birinci belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir və Naxçıvan şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Related posts

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Qızıl rekord qıra bilər: ilin sonu üçün 6000–6500 dollar proqnozu

Avropa Mərkəzi Bankı: Avrozonada inflyasiya fevralda hədəfə yaxınlaşıb, lakin enerji qiymətləri risk yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı