Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Xaçmaz rayonunda sahibkarlarla görüş keçirilmişdir - BBN

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Xaçmaz rayonunda sahibkarlarla görüş keçirilmişdir

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir. Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarına dair maarifləndirmə işlərinin aparılması məqsədilə həyata keçirilən “İnvestisiya səyahəti” layihəsinin icrasına start verilmişdir. Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə 20 oktyabr 2021-ci il tarixində ilk investisiya səyahəti həyata keçirilmiş və Xaçmaz rayonunda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilmişdir.

Tədbirdə kapital bazarının mütəxəssisləri tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri çatdırılmış, eyni zamanda investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılmış və maliyyələşmə imkanları dəyərləndirilmişdir. 

Mərkəzi Bank, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcəkdir.

Related posts

QIZIL QİYMƏTLƏRİ YÜKSƏLİR, AMMA KRİTİK HƏDDƏ ÇATMIR

Qızıl artıq “təhlükəsiz liman” deyil? İnvestorlar arasında şok şübhə: Qiymətlər niyə çökür?

Süni intellekt dünyasının gözü Nvidia-da: Bazar ertəsi nələr gözlənilir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı