İnvestisiya Səyahəti – Şamaxı şəhəri

14 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Şamaxı şəhərində “İnvestisiya səyahəti” tədbiri təşkil olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçirilib, kapital bazarlarından yararlanmaq istiqamətində qarşılıqlı interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir təşkilatçılığına üzv bazalarını məlumatlandırmaqla AMFA (Azərbaycan Mikromaliyyə Asossasiyası), ASK (Azərbaycan Sahibkarlar Konfederasiyası), AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) və SİF (Sahibkarlığın İnkişafı Fondu) öz dəstəklərini göstərmişdirlər.

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.

Qeyd edək ki, bu, sayca altıncı belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Xaçmaz, Lənkəran, Yevlax, Gəncə və Qəbələ şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Related posts

BFB 2024-cü ilin yanvar-iyun ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqladı

Milli Depozit Mərkəzinin investorlara qiymətli kağızlar üzrə ödənişləri barədə məlumat

MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı