“İnvestor” Stimullaşdırıcı lotereyasının ikinci tirajının qalibləri müəyyənləşmişdir

“İnvestor” Stimullaşdırıcı lotereyasının 13 iyul 2022-ci il tarixində ikinci tirajı keçirilmişdir. İkinci tiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və  Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır.

İkinci tirajda 09 may – 8 iyul tarixlərində müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılmışdır və həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000.00 AZN qazanmışdır. İlk tirajın qaliblərini siz də tanıyın:

Rişad Əliyev (Bilet nömrəsi İST 0671)

Reyhan Əhmədova (Bilet nömrəsi İST 0894)

Samir Orucov (Bilet nömrəsi İST 0648)

Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000.00 AZN qazanmaq şansı təqdim edir.

Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçiriləcəkdir. İlk tiraj 10.05.2022-ci ildə keçirilmişdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı