iPhone-nun istehsalı ABŞ-a köçür

Texnologiya nəhəngi “Apple”ın iPhone-nun istehsalını ABŞ-a daşıyacağı bildirilib.

Haber7-nin məlumatına əsasən, iPhone-nun istehsalının və montajının Tayvandan ABŞ-a daşınması gündəmdədir. iPhone-nun istehsalından məsul şirkətlər olan “Foxconn” və “Pegatron”la müzakirələr aparan Apple, “Foxconn”dan müsbət cavab alsa da, “Petragon” şirkəti xərclərin artması səbəbilə təklifi geri çevirib.

Dünyaca məşhur araşdırma qurumu olan “IHS Markit”in hesablamalarına əsasən, iPhone 7 modelinin istehsal xərcləri 225 ABŞ dollarına bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır