Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
iPhone-un ən böyük istehsalçısı olan Foxconn-un mənfəəti zəif tələbdən dolayı enib - BBN

iPhone-un ən böyük istehsalçısı olan Foxconn-un mənfəəti zəif tələbdən dolayı enib

Ötən ay Apple-ın ən böyük təchizatçısı Foxconn-un mənfəəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11.65% enib, buna səbəb isə elektronik məhsullara olan zəif tələb ilə bağlı olub. Lakin cari ilin fevralında isə mənfəət 13 milyard dollardan çox olub, bu isə ay üçün qeydə alınan ikinci rekord rəqəm hesab olunub.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Foxconn-dan bildirilib ki, iPhone-un ən böyük zavodunun olduğu Çində (Zhengzhou şəhərində) əməliyyatlar Covid qapanmalarından sonra bərpa olunub. Eyni zamanda şirkətdən deyilib ki, Hindistanda biznesin genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər.

Noyabrda isə Apple-dan bildirilmişdir ki, gəmilər ilə yeni iPhone 14-ün çatdırılması gecikə bilər. Buna səbəb isə Foxconn-un meqa zavodunun yerləşdiyi Zhengzhou şəhərində Covid qapanmalarının davam etməsi idi. 2 həftədən sonra isə zovod işçiləri ölkədəki etirazlara qoşulmuş və istehsal xəttini tərk etmişdilər. Fevralda isə şirkətdən bildirilmişdir ki, mənfəəti ilin əvvəli ilə müqayisədə rekord yüksək rəqəmə 48.2% çatıb və bu isə zavodda işlərin pandemiyadan öncəki səviyyəyə qayıtması ilə bağlı olub.

Related posts

“YouTube”un illik gəliri açıqlandı

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Spotify-in istifadəçi sayı rekord həddə çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı