Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb - BBN

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 31 may 2020-ci il tarixində AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən,26 may 2020-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 808.18 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 808.18 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 808.18  AZN olması nəzərə alınmalıdır.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (20.02.2026)

Enerji bazarında kritik həftə – Qiymətlər daha da arta bilər

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (18.02.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı