Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb - BBN

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazların emissiya prospektinə əsasən,

istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 2 sentyabr 2020-ci il tarixində AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 2 sentyabr 2020-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 977.47 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 977.47 manat məbləği əsasında

 hesablanacaq.

Bakı Fond Birjasında AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 977.47 manat olması nəzərə alınmalıdır.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (26.02.2026)

Yaponiya və Cənubi Koreya rekord qırdı – Nvidia Asiya bazarlarını coşdurdu

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (25.02.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı