İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat açıqlanıb

zərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li

istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 12 yanvar 2021-ci il tarixində AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 12 yanvar 2021-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 914.46 (doqquz yüz on dörd manat qırx altı qəpik)  manat təşkil edir.

Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən ipoteka istiqrazları üzrə növbəti faiz ödənişi dövründə 3%-lik faiz gəliri 914.46  manat məbləği əsasında hesablanacaq.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı