İpoteka krediti üzrə verilən orta məbləğ 30% azalıb

Yeni ipoteka kreditlərinin orta məbləği 40.8 min manat təşkil edir ki, bu da əvvəlki  ipoteka kreditləri üzrə orta məbləğdən 29.5% azdır.

BBN.az xəbər verir ki, İpoteka Fondunun xətti ilə daha 51 nəfərə ipoteka krediti verilib.  Yeni ipoteka kreditlərinin cəmi məbləğinin həcmi 3.4 mln. manat təşkil edir.

Nəticədə indiyə qədər Fondun xətti ilə verilən ipoteka kredirlərinin həcmi 741.325 mln. manata yüksəlib. Bu dövr ərzində ipoteka kreditindən yararlananların sayı isə 18 162 nəfərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır