Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İpoteka kreditlərinin faiz dərəcələri 2000-ci ildən bu yana ən yüksək həddə çatıb - ABŞ-da - BBN

İpoteka kreditlərinin faiz dərəcələri 2000-ci ildən bu yana ən yüksək həddə çatıb – ABŞ-da

ABŞ-da ipoteka kreditlərinin faiz dərəcələri 2000-ci ilin noyabrından bu yana ilk dəfədir ki, ən yüksək həddə çatıb. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bildirilir ki, populyar 30 illik ipoteka kreditlərinin faiz dərəcələri 7.48%-ə yüksəlib. 2022-ci ilin analoji vaxtında isə bu rəqəm 5.5% idi. 

Qeyd edilir ki, ölkə Mərkəzi Bankının (FED) faiz dərəcələrini yüksəltməsi alıcılar üzərində təzyiq yaradır. Pandemiyanın başlamasından və 2022-ci ilin yayına qədər mənzillərin qiyməti 40%-dən çox artıb. Əlavə edilir ki, bu gün 30 illik 400.000 dollar dəyərində ipoteka ilə mənzil almaq istəyən potensial alıcılar bir il öncə ilə müqayisədə aylıq 420 dollar daha çox ödəniş etməli olur.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

ABŞ-da ipoteka faiz dərəcələri 2022-ci ilin sentyabr ayından bəri ən aşağı səviyyədədir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı