İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi keçirilib

24 oktyabr  Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2040008685 ISIN-li, 20 mln manat həcmində, 23 il tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Yerləşdirmə zamanı hərrac qiyməti 1,007.8333 AZN olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil edib.

İstiqrazların   ödəmə tarixi 23 mart  2042-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır