İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarinin 100 mln. manatliq emissiyasinin ilk tranşi yerləşdirilib

28 mart 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Satışa çıxarılmış istiqrazlar tam şəkildə yerləşdirilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 13 fevral 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.

Related posts

İKZF 50 mln. manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazları yerləşdirəcək

21.11.2024 tarixinə AZIR İNDEKSLƏRİ

Xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri – SİYAHI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı