İqtisadi artım 2020-ci ildən başlayacaq

Venesuela Bolivar Respublikasında artıq illərdir ki davam edən iqtisadi tənəzzül sona doğru yaxınlaşır. Belə ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyalarından birindəki çıxışında bildirib.

Prezident çıxışında iqtisadi böhran nəticəsində yaranan hiperinflyasiya və valyuta devalvasiyasının növbəti ildən yavaşlayacağını vurğulayıb və ölkədə iqtisadi artımın başlayacağını vəd edib.

Digər tərəfdən isə, Beynəlxalq Valyuta Fondu (IMF) Venesuelanın cari ilin sonuna olan inflyasiya göstəricilərini 10 milyon faiz civarında proqnozlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır