“İqtisadi artım” işçi qrupunun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuş hədəflərinin birinci yarımillikdə icrasına dair “İqtisadi artım” üzrə İşçi qrupun videokonfrans formatında iclası keçirilib.

İclasda işçi qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya üzrə həyata keçirilən tədbirlərin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov İşçi qrupun fəaliyyət istiqamətləri üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətini diqqətə çatdırıb.

İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və  Kommunikasiya Mərkəzinin  Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov isə bu ilin  altı ayının nəticələri üzrə Strategiyada nəzərdə tutulan hədəflərin icrası üzrə monitorinq və qiymətləndirilmə nəticələrini, əsas çağırış və tövsiyələri vurğulayıb.

İşçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə hesabatla bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

“İqtisadi artım” İşçi qrupunda İqtisadiyyat Nazirliyi və İİTKM ilə yanaşı, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Elm və Təhsil, Energetika, Səhiyyə, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi, AMEA, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanəti Fondu, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərenerji” QSC-nin müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri və Ələt Azad İqtisadi Zonanın səlahiyyətli qurumunun nümayəndələri təmsil olunurlar.

Related posts

Sığorta şirkətləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Dünya Bankının regional direktoru ilə görüş keçirilib

İstanbul şəhərində İslam Bankçılığı Təlimi başlayıb – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı