Home » “İqtisadi islahatlar” elmi-analitik jurnalının altıncı sayı nəşr olunub

“İqtisadi islahatlar” elmi-analitik jurnalının altıncı sayı nəşr olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının altıncı sayı işıq üzü görüb. Jurnalın 2023-ci il üçün birinci və ümumilikdə altıncı sayında 12 məqalə dərc edilib.

Jurnalın sonuncu sayında Azərbaycan dilində “”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və nəqliyyat sisteminin inkişaf perspektivləri”, “Neft-qaz sənayesinin dayanıqlı inkişafında ekoloji problemlər”, “Azərbaycanda investisiya fəallığının artırılmasının bəzi aspektləri”, “Gəlirlər və sosial siyasətin tənzimlənməsinin  elmi-praktiki məsələləri”, “Xarici ticarətin iqtisadi artıma təsiri”, “Azərbaycanda büdcə xərclərinin emal sektorunun inkişafına təsiri”, “Milli iqtisadiyyatın inkişafının müasir xüsusiyyətləri”, “Kənd ərazilərinin inkişafında aqrar sahibkarlığın sosial məsuliyyətinin bəzi aspektləri”, “Ailə gəlirlərinin nəsilvermə əmsalına təsiri”, ingilis dilində “Studying the impact of tourism on economic growth in Azerbaijan”, “The relationship between government expenditure and economic growth: evidenced from four Eastern African Countries”, “Economic nature of public legal entities, organization of accounting and financial statements”  kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə yer verilib. Bu məqalələrlə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: link

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “İqtisadi islahatlar” elmi-analitik jurnalı Azərbaycan Respublikasında elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına (iqtisad elmləri üzrə) daxil edilib. “İqtisadi islahatlar”  jurnalına elmi-analitik məqalələrin qəbulu onlayn qaydada həyata keçirilir (https://journal.ereforms.org/az/submit-article).

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.