Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadi Şuranın növbəti iclası keçirilib, cari məsələlər müzakirə olunub - Foto - BBN

İqtisadi Şuranın növbəti iclası keçirilib, cari məsələlər müzakirə olunub – Foto

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən pul siyasətinin əsas istiqamətləri, bank və sığorta sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi, torpaqlardan səmərəli istifadənin və aqrar ixracın cari vəziyyəti, 2024-2030-cu illər üzrə çağırışlar və hədəflər, islam maliyyəsi (bankçılığı) ilə bağlı görüləcək işlər, Gömrük Rəsmiləşdirilməsi Platformasında süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin tətbiqi barədə və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı