Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat naziri: "2018-ci ilə nisbətən vergi daxilolmaları 2,2 dəfə artıb" - BBN

İqtisadiyyat naziri: “2018-ci ilə nisbətən vergi daxilolmaları 2,2 dəfə artıb”

2025-ci ildə Azərbaycanda vergi daxilolmaları 16,4 milyard manat təşkil edib ki, bu da son illərin ən yüksək nəticəsi hesab olunur.

BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar” adlı forumda bildirib.

“2025-ci ildə vergi daxilolmaları 2018-ci illə müqayisədə 2,2 dəfə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 dəfə artıb. Ötən il vergi daxilolmalarının ümumi daxili məhsulda (ÜDM) payı 12,7 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13 % olub ki, bu da 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artım deməkdir”, – deyə M. Cabbarov bildirib.

Bundan başqa, onun sözlərinə görə, 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2018-ci illə müqayisədə 2,2 faiz bəndi artaraq 9,9 %-ə çatıb: “Qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək münasibətlərinin leqallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, 2025-ci ildə bu sektorda əmək müqavilələrinin ümumi müqavilələrdə xüsusi çəkisi 2019-cu ildəki 38,5 %-dən 54,4 %-ə yüksəlib. Həmçinin sektorda əmək müqavilələrinin sayı 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir”.

Related posts

Strateji investisiyaların dövlət tərəfindən alınmasının yeni əsasları müəyyənləşdirilib

Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətləri açıqlanıb

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas drayverinə çevrilib”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı