İqtisadiyyat naziri Çinin “Huawei” şirkətinin vitse-prezidenti ilə görüşüb

İyulun 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə görüşüb.

Görüşdə İKT sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Nazir Şahin Mustafayev bildirib ki,  bu ilin may ayında Çində keçirilən “Bir kəmər – bir yol” iqtisadi inkişaf strategiyası üzrə keçirilən Yüksək Səviyyəli Beynəlxalq Forum çərçivəsində Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, İKT sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan “Huawei” ilə korporativ sahədə, rəqəmsal iqtisadiyyat və digər istiqamətlər üzrə əməkdaşlıq edilə bilər.

Qeyd edək ki, vitse-prezident Hou Tao “Huawei” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır