İqtisadiyyat naziri İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri Yoav Qalant və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq məsələləri, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin mövcud durumu və gələcək perspektivləri müzakirə edilib.

Görüş zamanı regional tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır