Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər edib - BBN

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər edib

İqtisadiyyat nazirinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində keçirilən görüşlərdə ölkələrimiz arasında ticarət və investisiyaların təşviqi imkanları, yaşıl enerji gündəliyinin prioritet istiqamətləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl – Falihlə görüşüb. Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyi, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyi vurğulanıb.

Tərəflər ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla keçirilən görüşdə ölkələrimizin yaşıl enerji gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə fikir mübadiləsi aparılıb. Enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı