Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat nazirinin müavini Çində səfərdə olub - BBN

İqtisadiyyat nazirinin müavini Çində səfərdə olub

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pekində keçirilən  Asiya İnfrastruktur İnvestisiya Bankının 10-cu İllik Toplantısında iştirak edib, bir sıra görüşlər keçirib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin paytaxtı Pekin şəhərində keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 10-cu İllik Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Tədbirdə AİİB-nin 10 il ərzində əldə etdiyi nailiyyətlər, həmçinin üzv ölkələrlə Bankın gələcək fəaliyyəti barədə müzakirələr aparılıb. İllik Toplantı çərçivəsində təşkil olunan “Müdirlərin dəyirmi masası”nda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək, Bankla uğurlu əməkdaşlığı vurğulayıb. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastruktur vasitəsilə regional bazarların əlaqələndirilməsindəki rolu qeyd olunub. Bankla nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhliz üzrə əməkdaşlıq potensialı diqqətə çatdırılıb.

AİİB-nin 10-cu İllik Toplantısında iştirak çərçivəsində Bankın baş investisiya direktoru Konstantin Limitovski ilə keçirilən görüşdə Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyi ilə bağlı görülən işlərin əhəmiyyəti qeyd edilib. Tərəflər AİİB ilə ölkəmiz arasında həyata keçirilən layihələrin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Related posts

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Fitch: İrandakı münaqişə inkişaf etməkdə olan ölkələr üçün əlavə iqtisadi risklər yarada bilər

Qlobal analitiklər: Azərbaycan iqtisadiyyatı və bank sektoru dayanıqlı və region üçün strateji əhəmiyyətlidir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı