İqtisadiyyat nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

24 oktyabr 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Anar Axundov Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Qobustan şəhəri, Heydər Əliyev prospekti 521 ünvanında, Qobustan Gənclər Evinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Related posts

Energetika Nazirliyində kollegiya iclası keçirilib

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu

Media nümayəndələri üçün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş təlim keçirilib