İqtisadiyyat nazirinin müavinləri Tovuz və Samuxda vətəndaşları qəbul edəcəklər

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 6 mart 2020-ci il tarixində, saat 11:00-dan etibarən Tovuzda (ünvan: Tovuz şəhəri, M.Əzizbəyov küç., 1, Heydər Əliyev Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək.

Həmin gün nazir müavini Sahib Məmmədov isə Samuxda (ünvan: Samux şəhəri, H.Əliyev prospekti 167, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının inzibati binası) saat 11:00-dan bu rayondan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçtu və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79), (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78, mobil (050) 395-91-97, elektron poçtu: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat naziri və müavinlərinin şəhər və rayonlarda keçirilən qəbuluna yazılmaq üçün müraciət” bölməsi vasitəsilə qəbula yazıla bilərlər.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı