Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edir - BBN

İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edir

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edir (siyahılar mütəmadi olaraq yenilənəcək). İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilmiş aşağıdakı keçidlərdən istifadə etməklə bu siyahılarla tanış olmaq mümkündür:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw

Qeyd edilməlidir ki, bu linklərdən istifadə etməklə vergi ödəyiciləri, həmçinin, pandemiyadan zərər çəkmiş sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.

Related posts

Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 30 faizdən çox artıb

Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində sazişi təsdiqləyib

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı