Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyi tərəfindən üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün ”Böhranın kommunikasiyasının təşkili” mövzusunda təlim keçirilib - BBN

İqtisadiyyat Nazirliyi tərəfindən üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün ”Böhranın kommunikasiyasının təşkili” mövzusunda təlim keçirilib

Üçüncü “Yüksəliş” müsabiqəsinin bilik və bacarıqlarının artırılması məqsədilə İqtisadiyyat Nazirliyində təlim təşkil olunub. Nazirliyin əməkdaşı Ülkər Nəbiyeva tərəfindən müsabiqə qaliblərinə, o cümlədən, müsabiqənin İşçi qrupunun üzvlərinə keçilmiş təlim “Böhran kommunikasiyasının təşkili” mövzusunu əhatə edib.

Təlimdə böhranın idarə olunması, kommunikasiya alətlərindən istifadə və ictimaiyyətlə kommunikasiyanın düzgün qurulması barədə məlumat verilib. İştirakçılara praktiki tapşırıqlar verilib, böhran vəziyyətindən çıxmaq üçün ssenarilər üzrə müzakirələr aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat başlayıb. Qeydiyyat mərhələsi bu ilin 31 mart tarixinədək davam edəcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı