Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyində Dünya İqlim Fondunun icraçı direktoru ilə görüş keçirilib - BBN

İqtisadiyyat Nazirliyində Dünya İqlim Fondunun icraçı direktoru ilə görüş keçirilib

Dünya İqlim Fondunun icraçı direktoru ilə keçirilən görüşdə COP29-a hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson ilə görüşüb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulanıb. COP29 çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib.

Görüşdə COP29-a hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, Dünya İqlim Fondu ilə gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı