Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub - BBN

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Direktorunun müavini xanım Şiahonq Yanqla görüşüb.

Görüşdə Bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında Bankın iştirakı yüksək qiymətləndirilib.

Tərəflər tərəfdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşmə imkanları, eləcə də, COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı