İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib

Özəlləşdirilməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində təşkil edilən iclasda Xidmətin rəis müavini, İşçi qrupunun rəhbəri Elçin Yusubov dövlət başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açılmış müəssisə və obyektlərinin dövlətsizləşdirilməsi istiqamətində ötən dövr ərzində görülmüş işlər haqqında məlumat verib. Bildirilib ki, qeyd edilən müəssisə və obyektlərin əksəriyyəti artıq özəlləşdirilib və ya hərraclara çıxarılıb. Hazırda digər müəssisələrin özəlləşdirilməyə hazırlanması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edilib ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə daha 8 müəssisə və 3 əmlak kompleksi də özəlləşdirilməyə açılıb.

İclasda həmin aktivlərin də özəlləşdirilmə proseslərini İşçi qrupunun fəaliyyət dairəsinə aid edilməsi məqsədəuyğun sayılıb.

Sonra “Aqrarkredit” QSC-nin özəlləşdirilməyə açılmış müəssisə və obyektləri barədə təqdimat olub, müəssisələrin fəaliyyəti barədə iclas iştirakçılarına ətraflı məlumatlar verilib.

İclas iştirakçıları “Azəripək” MMC-nin özəlləşdirilməyə hazırlanması ilə bağlı görülən işlər barədə  məlumatlandırılıb, müəssisənin restrukturizasiyası barədə fikir mübadiləsi aparılıb.

Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı