İqtisadiyyat Nazirliyinin əməkdaşları “Yüksəliş” müsabiqəsində uğur qazanıblar – Foto

İqtisadiyyat Nazirliyinin üç əməkdaşı IV “Yüksəliş” müsabiqəsinin qalibi olub.

İnsan kapitalının inkişafı, ölkədə intellektual və idarəçilik keyfiyyətləri yüksək kadr ehtiyatı bankının yaradılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin final mərhələsində İqtisadiyyat Nazirliyinin üç əməkdaşı Nicat Qocayev, İsmayıl Hüseynov və Əkbər Əsgərov uğur qazanıb.

Qeyd edək ki, Nicat Qocayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İsmayıl Hüseynov İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu, Əkbər Əsgərov isə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin əməkdaşıdır. İsmayıl Hüseynov və Əkbər Əsgərov həmçinin, İqtisadiyyat Nazirliyində əməkdaşların potensialından səmərəli istifadə, yeni nəsil idarəçilərin hazırlanması, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən “Uğur yolu” karyera inkişafı proqramının da qalibləridir.

Əməkdaşlarımızı və “Yüksəliş” müsabiqəsinin digər qaliblərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Related posts

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun 16-cı illik yığıncağında İdarə Heyətinin Sədr müavini seçilib

Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və ekspertlərlə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı