2023-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatı amerikalı, iqtisadçı-tarixçi Claudia Goldin-ə qadınların məşğulluğu və ödənişləri ilə bağlı işinə görə verilib.
BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, İsveçin Elmlər üzrə Kraliyyat Akademiyasından bildirirlər ki, professor Goldin-in tədqiqat apardığı sahə isə gender ödəniş fərqinin arxasında dayanan əsas səbəbləri ehtiva edib. O, bu mükafatı alan 3-cü qadındır və yeganə şəxsdir ki, mükafatı özünün kişi həmkarları ilə bölüşmür.
Qeyd edək ki, 77 yaşlı akademik hazırda ABŞ-ın Harvard Universitetində əmək bazarının tarixindən dərs keçir.
Əlavə edək ki, iqtisadi elmlər üzrə “Sveriges Riksbank” mükafatı 1968-ci ildə təşkil edilib və İsveçin Mərkəzi Bankı tərəfindən maliyyələşdirilir. Adıçəkiən mükafat ilk dəfə 2009-cu ildə xanım Elinor Ostrom-a təqdim edilib və ona mükafat həmkarı Oliver E Williamson ilə iqtisadi idarəetmə tədqiqatı işinə görə verilib. 2019-cu ildə isə Esther Duflo isə bu mükafatı yoldaşı Abhijit Banerjee və Michael Kremer ilə bölüşüb. Onlar Hindistan və Kenyadakı yoxsul cəmiyyətlərin araşdırılması işinə görə mükafatlandırılıblar.