İqtisadiyyata kredit qoyuluşları ötən ayla müqayisədə artıb

Mərkəzi Bankın sentyabrın əvvəlinə 2016-cı il tarixinə olan göstəricisinə əsasən, iqtisadiyyata kredit qoyuluşları 19 milyard 568 milyon manat təşkil edib. Ötən ayla müqayisədə bu 1,05%  və ya 204 milyon manatlıq artım deməkdir. İlin əvvəli ilə müqayisədə isə, 20,5% və ya 5 milyard 59,2 milyon manat azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır