Home » İranın Ərdəbil vilayətinin valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

İranın Ərdəbil vilayətinin valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

by Aytac
0 comments 0 views 0 minutes read

İqtisadiyyat Nazirliyində İran İslam Respublikasının Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqları salamlayan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verir.

Bildirilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq əlaqələri inkişaf edir. İranın Ərdəbil vilayəti ilə müxtəlif istiqamətlər, o cümlədən ticarət və investisiya üzrə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində böyük potensial var.

Tərəflər mədənçilik, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirə aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.