İranın İsrailə raket hücumundan sonra neft bahalaşdı

İranın İsrailə raket hücumu birjalarda neftin qiymətinin  artmasına səbəb olub.

BBN.az xəbər verir ki, Lndonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 74,86 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 1,3 dollar (1,77%) bahadır. Çərşənbə axşamı bu kontraktlar 1,86 dollar (2,6%) artaraq 73,56 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində noyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 1,35 dollar (1,93%) artaraq 71,18 dollar təşkil edib. Son sessiyanın sonunda fyuçers qiyməti 1,66 dollar (2,4%) artaraq 69,83 dollar/barelə bərabər olub.

Related posts

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

“İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda

Türkiyə kapitallı şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı