ETKA təşkilatı Azərbaycandakı şirkətlər ilə əməkdaşlıqda maraqlıdır

ETKA şirkətlər qrupu İran silahlı qüvvələri şəxsi heyətinin sosial təminatının yaxşılaşdırılması məqsədilə yaradılıb.

60 illik təcrübəyə malik olan ETKA hazırda İranın qabaqcıl holdinqlərindən biridir. Yeyinti və sənaye məhsullarının istehsalı, tədarükü və ixracı, kənd təsərrüfatı və heyvandarlıq, mağazalar zənciri və distributorlar şəbəkəsi, tikinti, turizm və sığorta sahələrində fəaliyyət göstərir. ETKA kapitalın idarə edilməsi, maliyyə və iqtisadi biznes sahəsində avanqard model kimi tanınır və İranın ən iri 50 müəssisəsi arasındadır. İran bazarında 500-ə yaxın mağaza və geniş distributorluq şəbəkəsinə malik olan şirkətlər qrupu həmçinin, məhsullarının və xidmətlərinin təqdim olunması məqsədilə Yaxın Şərq regionu üçün İraqda, MDB regionu üçün isə Tacikistanda mərkəz açıb.

ETKA kənd təsərrüfatı sahəsində 11 aqro-sənaye kompleksinə, 6 ixtisaslaşdırılmış şirkətə və 2 araşdırma mərkəzinə, 400 min hektar əkin sahəsinə və fermer təsərrüfatına, İranın şimalında 135 min hektar meşə sahəsinə sahibdir. İranda istehlak olunan bitki yağlarının 6%-i, zeytun yağının 31%-i, şəkərin 10%-i (illik 150 min ton) bu müəssisə tərəfindən istehsal olunur. Eyni zamanda, ETKA məişət əşyalarının istehsalında da nailiyyət qazanıb.

ETKA Azərbaycandakı şirkətlər ilə əməkdaşlıqda maraqlıdır. Belə ki, bu məqsədlə Azərbaycandakı şirkətlərin nümayəndələrini İrana dəvət edə biləcəklərini, həmçinin ölkəmizə səfər etməyə hazır olduqlarını bildirirlər. Azərbaycan şirkətləri ilə Ukrayna və Rusiya bazarlarında da birgə fəaliyyət həyata keçirə biləcəklərini qeyd edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır