İranın neft ixracatı, dörd ilin ən yüksək səviyyəsinə çatıb

CNN Türk-ün İranın neft ixracı ilə bağlı məlumatlı olan bir mənbəyə istinadən xəbər yayır ki, İranın xam neft və kondensat məhsullarının iyun ayına olan səviyyəsi bir ay əvvəlki göstəricilərə nəzərən 100 000 barel artaraq, gündə 2,31 milyon barelə yüksəlib.

ABŞ-ın Energetika İnformasiya Agentliyinin məlumatlarına əsasən, İranın neft ixracatı keçən ilin eyni dövründəki səviyyənin iki qatını aşarkən, Qərb ölkələrinin sanksiyalara başladığı  2012-ci ilin yanvarından bu yana ən yüksək həddə çatıb.

Tehranın neft satışları nüvə programı ilə əlaqədar həyata keçirilən sansksiyaların  qaldırılmasından bir ay əvvəl, yəni dekabr ayından bu yana, hardasa,  iki qatına çıxarkən, satışlardakı bu yüksəlişin son zamanlarda digər ölkələrdə yaşanan təklif çatışmazlığını bərpa etdiyi təxmin edilir.

Mənbə, Avropaya ixracatın May ayında gündə 530,000 bareldən iyunda gündəlik 580,000 barelə yüksəldiyini və bunun sanksiyaların mövcud olduğu dövrdəki səviyyədən, təqribən, 6 dəfə çox olması demək olduğunu vurğulayır.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına əsasən, 2012-ci ilin ortalarında başlanan sanksiyalardan əvvəl gündəlik 2.2 milyon barel neft ixracatının 600 000 bareli Avropaya gedirdi. Eyni zamanda, mənbəyə görə, İran neftinin alıcısı olan ölkələr arasında Yunanıstan, İtaliya, İspaniya və Türkiyə yer alır.

Mənbə: CNN Türk 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır