Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İRİA, ATU və “Nokia” arasında görüş baş tutub - BBN

İRİA, ATU və “Nokia” arasında görüş baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texnologiya Universiteti (ATU) və “Nokia Azərbaycan” şirkətinin nümayəndələri arasında üçtərəfli görüş keçirilib. İRİA-nın təşəbbüsü ilə “Technest” Təqaüd Proqramı çərçivəsində baş tutan görüşdə birgə əməkdaşlıqda mövcud vəziyyət və gələcəkdə görüləcək işlər müzakirə edilib.

Danışıqlarda ATU-da qurulacaq laboratoriyaya xüsusi diqqət çəkilib və bu laboratoriyanın universitet tələbələri arasında tədqiqatın və innovativ təfəkkürün inkişafında mühim rol oynayacağı qeyd olunub. Yekunda “Nokia Azərbaycan” şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanması haqqında razılıq əldə edilib.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həmçinin, universitetə avadanlıqlar da ianə edilib. 3D printer, proyektor, kompüterlər və digər avadanlıqların təqdimatında iştirak edən tələbələr öz startup layihələrini təqdim ediblər.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı