İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı əsas tutaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cari ildən KOB-ların (Kiçik və Orta Bizneslərin) rəqəmsallaşması layihəsi üzrə işlərin görülməsinə start verib.

Əsas məqsəd KOB-ların innovativ həll yolları ilə effektivliyinin və iqtisadi göstəricilərinin artırılması, biznes və sahibkarlıq proseslərin optimallığının təmin olunmasıdır. Bir neçə istiqamət üzrə fəaliyyətə başlayan layihə çərçivəsində Rəqəmsal Yetkinlik İndeksi (DMI – Digital Maturity Index) platforması yaxın zamanlarda KOB-ların istifadəsinə veriləcək.

Bu platformanın məqsədi KOB-lara rəqəmsal yetkinliyin qiymətləndirilməsi və artırılması üçün imkan yaratmaq və onları daha effektiv biznes mühiti ilə təmin etməkdir.

Bundan əlavə gənc sahibkarları əhatə edəcək paralel bir neçə rəqəmsallaşma layihələrinə hazırlıq proseslərinə artıq başlanılıb. Məqsəd daha dinamik sahibkarlıq ekosistemi qurmaq və rəqəmsallaşmanın əhəmiyyəti ilə bağlı digər KOB-ların da məlumatlılığını artırmaqdır.

Eyni zamanda layihə çərçivəsində ilboyu rəqəmsallaşma biliklərinin artırılması və yeni rəqəmsallaşma həllərin təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı