Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İRİA ötən il innovasiya ekosisteminin inkişafı üzrə 5 istiqamətdə fəaliyyət göstərib - BBN

İRİA ötən il innovasiya ekosisteminin inkişafı üzrə 5 istiqamətdə fəaliyyət göstərib

Ötən il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) innovasiya ekosisteminin quruculuğu istiqamətində beş əsas istiqamət üzrə fəaliyyət həyata keçirib.

Bunu İRİA-nın illik fəaliyyətinə dair mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, birinci istiqamət innovasiya infrastrukturunun formalaşdırılması, ikinci istiqamət maliyyə vəsaitlərinə əlçatanlığın təmin edilməsi, eləcə də müvafiq bilik və bacarıqlara malik insan kapitalının yetişdirilməsi ilə bağlı olub. Digər istiqamətlər startapların xarici bazarlara çıxışının dəstəklənməsi və ümumilikdə ölkədə innovasiya mədəniyyətinin formalaşdırılmasına yönəlib.

Fərid Osmanov qeyd edib ki, hesabat dövründə yerli və beynəlxalq tərəfdaşlarla birgə hakatonlar, akselerasiya proqramları təşkil edilib, təhsil təşəbbüsləri həyata keçirilib və müxtəlif innovasiya proqramlarının icrası təmin olunub. O vurğulayıb ki, son üç ildən artıq müddətdə mühüm işlər görülüb, məhsullar formalaşdırılıb və hazırda onların innovasiya ekosistemində fəaliyyəti monitorinq edilir.

Agentlik rəhbəri əlavə edib ki, paytaxtla yanaşı, regionlarda da innovasiya fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər təşkil olunub. Bu çərçivədə Lənkəran, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində müxtəlif proqramlar icra edilib. Ümumilikdə 10-dan artıq proqram təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Fərid Osmanovun sözlərinə görə, ötən il innovasiya ekosisteminin dəstəklənməsi məqsədilə 20-dən artıq startapın maliyyələşdirilməsi istiqamətində işlər aparılıb. Eyni zamanda, maliyyələşmə mexanizmlərinin genişləndirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə işlər yekunlaşmaq üzrədir.

Related posts

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

“mygov” istifadəçilərinin sayı 5 milyonu keçib

Ötən il 429 internet resursuna girişi məhdudlaşdırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı