İrlandiyanın ÜDM-i 26% artıb

Qlobal iqtisadiyyatda durğunluğun və iqtisadi geriləmənin hökm sürdüyü bir dövrdə İrlandiya gözlənilməz bir artım əldə edib.

Sözügedən ölkənin Mərkəzi Statistika İdarəsinin açıqladığı göstəricilərə əsasən, 2015-ci ilin İrlandiyanın ÜDM-i illik müqayisədə 26,3% artaraq 243,9 mlrd. avro təşkil edib.

Göstəricilərdən məlum olur ki, bu artım əsasən sənaye və tikinti sektoru hesabına baş verib. Belə ki, hesabat dövrü ərzində bu sahələrdəki ÜDM istehsalı 46,4 mlrd. avrodan 87,1 mlrd. avroya yüksəlib.

Ekspertlər bu artımı ölkədəki aşağı vergi səviyyəsi ilə əlaqələndirilər. Belə ki, vergi xərclərinin az olmasını istəyən transmilli korporasiyalar qərərgahlarını İrlandiyada açmağa başlayıblar ki, bu da ölkənin ÜDM-nin şişməsinə səbəb olub.

Mənbə: rbc.ru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır