“İrşad Electronics”in kredit ödənişlərini artıq Hesab.az-dan ödəyə bilərsiniz

Hesab.az bir çox istifadəçinin istəyini nəzərə alaraq “İrşad Electronics” kreditlərinin ödənişi imkanını yaradıb. Belə ki, “İrşad Electronic”dən kredit ödənişi olan istənilən şəxs  artıq heç yerə getmədən, sadəcə hesab.az portalına daxil olaraq öz kredit borcunu ödəyə bilər.

Bunun üçün sadəcə www.hesab.az saytına daxil olaraq Kreditlər bölməsində İrşad Electronics seçərək öz şəxsi məlumatlarınızı daxil edirsiniz və kreditinizi 1 dəq içində ödəyirsiniz. Şəxsi məlumatlarınızı daxil etdikdən sonra bu məlumatları yaddaşda saxlaya bilərsiniz. Bununla da hər dəfə kredit məlumatlarını daxil edilməsinə ehtiyac qalmayacaq.

Bundan əlavə kredit ödənişi həyata keçirərkən siz hər bir manat ödənişə görə 10 bonus qazanırsınız. Qazandığınız bonusları isə ən maraqlı dərhal dəyiş kampaniyalarına, endirimlərə  dəyişə bilərsinz və auksionda təqdim olunan hədiyyələrə qazanmaq şansı əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır