İşəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti görüş baş tutub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən  həyata keçirilən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində növbəti görüş baş tutub.

 

Bakı Regional Məşğulluq filialının karyera məsləhətçiləri üçün keçirilən görüşdə ENGİN şirkətinin insan resursları üzrə nümayəndələri iştirak edib.

 

Görüşdə əvvəlcə Agentliyin fəaliyyəti və “əmək və məşğulluq” altsistemi ilə bağlı məlumat verilib. Daha sonra ENGİN şirkətinin işə qəbul prosesi, namizədlərdən tələblər, karyera məsləhətçilərindən gözləntilər barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, layihənin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə karyera məsləhətçilərinin vakansiya tələblərini və hər bir işəgötürənin işəqəbul prinsiplərinin öyrənilməsi, işəgötürənlərlə karyera məsləhətçilərinin arasında əməkdaşlığın gücləndirilməsi və karyera məsləhətçilərinin qərarına inamının artırılmasıdır.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı